Ən çox soruşulan suallar

Tez-tez Verilən Suallar (FAQ)

Günlük Ev platforması ölkə ərazisində yerləşən günlük kirayə evləri asanlıqla tapa biləcəyiniz bir platformadır.

Ətraflı axtarış sistemimizdən istifadə edərək, şəhər, növ, qiymət aralığı, otaq sayı və şərait üzrə filtrləmə aparıb sizə uyğun evləri tapa bilərsiniz.

Uyğun evi tapdıqdan sonra evin səhifəsinə keçid edin. Ətraflı məlumatı oxuyun və tələblərinizə cavab verərsə, bron etmək üçün birbaşa ev sahibinə zəng edərək, yaxud mesaj yazaraq evi bron edin.

Platformamızda həyət evləri, A-frame kabinlər, mənzillər, karavanlar və çadırlar kimi müxtəlif növ mülklər mövcuddur.

Qiymətlər ev sahibləri tərəfindən təyin olunur və adətən dəyişdirilmir. Lakin uzunmüddətli qalmaq və ya xüsusi tələblər üçün ev sahibi ilə birbaşa əlaqə saxlaya bilərsiniz.

Hər elanda ev sahibinin əlaqə məlumatları mövcuddur. Sual və ya əlavə məlumat üçün birbaşa əlaqə saxlaya bilərsiniz.

Heyvanlarla bağlı siyasət evdən asılıdır. Elanın məlumat bölməsini yoxlayın və ya ev sahibindən birbaşa soruşun.

Qalma müddətiniz bitdikdən sonra hesabınıza daxil olun, evin səhifəsinə keçin və rəy bölməsindən fikrinizi bildirin.

Platformamızın işi sizi ev sahibləri ilə əlaqələndirməkdir, digər detallar, eləcə də bronlar barədə saytımız heç bir məsuliyyət daşımır.

Evinizi yerləşdirmək üçün ana səhifədəki "Ev yerləşdir" düyməsinə klikləyin. Hesabınıza daxil olun, fotoşəkillər əlavə edib, ümumi məlumat və digər bölmələri doldurub yerləşdirin.