İsmayıllıda Villa

İsmayıllı

300 AZN
İsmayıllıda Villa
house image house image house image house image house image house image house image house image house image house image house image house image

Ümumi məlumat

Otaq sayı

9

Yataq sayı

18

Əmlak növü

Həyət evi

İsmayıllıda Yeni Təmirdən Çıxmış VIP Villa – İsti Hovuzlu, Tam Şəraitli Kirayə Ev

VİLLANIN QİYMƏT CƏDVƏLİ (GÜNLÜK):

  • 1-5 nəfər arası – 300 AZN
  • 5-10 nəfər arası – 400 AZN
  • 10-15 nəfər arası – 500 AZN
  • 15-18 nəfər arası – 600 AZN

Ümumi 18 nəfərə qədər qala biləcək yer var.

Orda yazılan 250 Azn qiymət Villanın tam 9 otaqla bir yerdə olan qiyməti deyil, adam sayına görə otaq sayı təyin olunur və qiymət dəyişilir. 18 nəfərə qədər qalarsa hamısı təfil verilir, az adam olarsa ona uyğun az otaq verilir.

YENİ TƏMİRLİ VİP VİLLADA AİLƏVİ, QOHUMLARLA, DOSTLARLA GƏLİB İSTİRAHƏT ETMƏK İSTƏYƏNLƏR MƏTNİ TAM OXUSA MƏSLƏHƏTDİR.

4 Fəsil mövsümü üçün əlverişli olan müasir üslubda yeni təmirdən çıxmış, Yeni əşyalarla, Tam şəraitli, Qapalı İsti Hovuzlu — VİLLA KİRAYƏ.

Hovuzun İsti döşəməsi, Geyim dəyişmə otağı və 2 Duşu var. Həyətdə manqal otağı (kabab, sac və s. bişirmək şəraiti), samovarı, 6 maşınlıq həyəti, Villanın daimi suyu-işığı-qazı və tam olaraq isti döşəməsi mövcuddur.

Baxmayaraq ümumi 9 otağı var, adam sayına görə ehtiyac olduğu qədər verilir otaq. (6 otaqda 2 nəfərlik yataqlar, 3 otaqda isə tək nəfərlik yataqlar). 2 otaqdan başqa digər bütün otaqların içərisində də ayrıca sanitar qovşaq və duşu, eyvanı, həyətdə əlavə mətbəxi, 1 və 2-ci mərtəbənin mətbəxi, Evin qonaq Zalı, hər otağın kondisioneri, televizoru, qarderobu da mövcuddur.

Xüsusi özəlliklərindən biri də: Hovuzu bu fəsillər üçün qapalı şəraitdə isti hovuzdur.

Bura gəlib qalıb istirahət etmək üçün heç bir əşya, qab-qacaq və s. gətirməyə ehtiyac yoxdur. Şərait tam olaraq nəzərə alınıb.

Qeyd: Ancaq mədəni insanlara verilir (ailələr, bir neçə dostlar və s.).

Aylıq və ya həftəlik götürülərsə qiymət danışıq ilə – Həftə sonuna görə, bayrama görə və gün sayına uyğun qiymət dəyişilir.

Birbaşa sahibindən verilir kirayə, vasitəçi deyiləm.

XOŞ İSTİRAHƏTLƏR...

Evdə olan avadanlıqlar və imkanlar barədə

Evə yaxın Turistik Fəaliyyət imkanları barədə

Ev haqqında rəy bildir

Suallarınızı verin/Rezerv edin

+994503008340